Feb 14 2019 14:59
Views: 348

Rusiya və Azərbaycan arasındakı mədəni əlaqələr çoxtərəfli əməkdaşlıqda mühüm rol oyanyır. Bu fikirlər Rusiya dumasında keçirilən dəyirmi masada qeyd olunub. Müzakirə olunan məsələlər arasında multikultural dialoqun möhkəmləndirilməsi və xalq diplomatiyasının inkişafı da olub. Dəyirmi masada iki ölkədən siyasətçilər, yanaşı mədəniyyət və incəsənət xadimləri  iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafında mühüm amillərdən biri Azərbaycanda rus dilinə önəm verilməsidir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu gün Bakı və Moskva arasında münasibətlər inkişaf edir. Bunun səbəbi ortaq tarix, insanlar arasındakı əlaqələr və mədəni yaxınlıqdır. 

Bu il ərzində Azərbaycan və Rusiyanın ortaq mədəni layihələri nəzərdə tutulur. Belə ki, bu həftəsonu Bakıda Kazimir Maleviç, Mark Şaqal kimi rus avanqard-rəssamların, Moskvada isə Azərbaycanlı pianoçu Riad Məmmədovun konserti keçiriləcək.


Create Account



Log In Your Account