Jul 24 2019 18:11
Views: 355

2019-cu ilin sonuna kimi “Azərkosmos” ASC peykin istifadəsindən 45 milyon dollar civarında gəlir əldə etməyi planlaşdırır. Bunu CBC telekanalına müsahibəsində qurumun departament rəhbəri Elşən Abdullayev deyib. Onun sözlərinə görə, 2019-cu ilin ilk yarısında əldə olunan gəlir ötən ilin analoji dövrünün göstəricisindən 47% çoxdur.

Gəlirin 90%-i peyk xidmətlərinin ixracından - yəni, xarici ölkələrlə imzalanmış müqavilələr əsasında əldə olunub. “Azerspace-2” peykinin bu ilin fevral ayında baş tutan uğurlu biznes startı ilə “Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Hesabat dövründə “Azərkosmos” 9 ölkədən olan yeni müştərilərlə müqavilə imzalayıb.

Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının auditoriyası ümumilikdə 20 milyon nəfəri əhatə edir. Azərbaycan “Azərspeys 1”, “Azərspeys 2” və “Azərsky” peyklərinin istifadəsindən bu günədək 138 milyon dollar gəlir əldə edib.

Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.


Create Account



Log In Your Account