May 03 2019 19:07
Views: 374

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin  “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı bildirdiyi iradlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq. Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev baş idarədə keçirilən geniş müşavirə ilə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkə başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar  qısa zamanda aradan qaldırılacaq. Əkbər Hacıyev bunun üçün konkret addımların atılacağını  bildirib.

Əkbər Hacıyev bildirib ki,”Azəriqaz” İstehsalat Birliyi  ötən illər ərzində  əhalinin dayanıqlı və fasiləsiz mavi yanacaqla təmin edilməsində mühüm işlər həyata keçirib. Onun  sözlərinə görə, ötən dövr ərzində ümumilikdə uzunluğu 51 915 km-dən artıq müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9 742 km-ə yaxın boru xətti isə əsaslı təmir olunub

Əkbər Hacıyevin sözlərinə görə qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi və Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görüləcək.

 


Create Account



Log In Your Account