May 25 2019 15:21
Views: 401

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyi çərçivəsində qonaqların üz tutduqları növbəti məkan Samux rayonu oldu. Burada Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşlarına, eləcə də İttifaqa üzv olan dövlətlərin səfirlərinə rayon haqqında məlumat verildi. Nümayəndələr daha sonra Samuxun Sarıqamış kəndinə səfər etdilər. “Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı” layihəsinin (SEEDS) gedişatı ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin hədəfi bu bölgələrdə iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək verməkdir.
Sarıqamış kəndində 15 aztəmantlı ailə istixanada tərəvəz becərilməsi işinə cəlb edilib. Onlar lazımi material və avadanlıqlarla təmin ediliblər. Layihə çərçivəsində kənd sakinlərinə müxtəlif mövzularda təlimlər də keçirilib. “Qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması üçün kişilərin rolundan istifadə” ilə bağlı informasiya sessiyaları maraqla qarşılanıb.
Sessiyalarda müxtəlif yaş qrupunu əhatə edən kişilər iştirak edib. Ailədə qadına yardım etmək və dəstək olmaq barədə maarifləndirmə işi aparılıb.
Qonaqlar Sarıqamış kəndində “Sahə günü və sərgi-satış”da da iştirak ediblər. Burada onlara layihə mənfəətçilərinin əldə etdikləri məhsullar, o cümlədən qadınların əl işləri, hazırladıqları yemək və şirniyyatlar nümayiş olunub. Həmçinin bu məhsulların satışı həyata keçirilib. Qeyd edilib ki, layihə aztəminatlı ailələrin kənd təsərrüfatı və turizm fəaliyyətinin inkişafına və sosial-rifah hallarının davamlı yaxşılaşdırılmasına töhfə verəcək.


Create Account



Log In Your Account