Jun 04 2020 18:09
Views: 217

Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əhaliyə müraciət edib. Bildirib ki, bu qərarın məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Hökumət başçısı koronavirus pandemiyası başlayandan bəri ölkəmizdə virusun yayılmasına qarşı ciddi tədbirlər görüldüyünü xatırladıb. Bu tədbirlərin müsbət nəticə verdiyini diqqətə çatdırıb. Amma son dövrdə vətəndaşların bir qisminin qaydalara əməl etməməsinin yoluxma hallarını artırdığını təəssüflə qeyd edib.


Create Account



Log In Your Account