Mar 15 2019 18:16
Views: 146

Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşən 2018-ci ildə görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib. Ötən il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub. Bu fikirlər bu gün Milli Məclisin plenar iclasındakı çıxışlarda səsləndi. Hökumətin fəaliyyətini təqdim edən baş nazir Novruz Məmmədov qeyd edib ki,  ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edilib. Prezident seçkilərində xalq ən doğru seçim edərək İlham Əliyevi prezident seçib, ölkədə sabitliyə, inkişafa səs verib. Aparılan uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub. 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb:

Baş nazir ötən il baş tutan böyük açılışları da xatırlatdı. Qeyd etdi ki, ötən ilin may ayında Prezidentin iştirakilə gerçəkləşən Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirdi.

Baş nazir ötən ilə ekskurs edərək sosial rifah halının yaxşılaşmasına xidmət edən islahatlar – pensiyaların məbləğinin artırılması, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi və digər addımları xatırlatdı. İqtisadi nailiyyətlərdən dnaışan baş nazir yeni açılan sənaye müəssəsiləri, həmçinin Türkiyədəki STAR zavodunun ölkəmizin gəlirlərini aftmasına xidmət edəcəyini bildirdi. Hesabata münasibətlərini bildirən deputatlar bəzi məsələlərə bağlı təkliflərini də səsləndidilər

Millət vəkilləri təmsil olunduqları bölgələrdə əhalinin üzləşdiyi problemləri də dilə gətirdilə, bəzi kəndlərə yol və qaz çəkilməsi, gənclərin məşğulluq məsələsi, təhsil kreditləri və digər məsələlər bağlı təkliflərinin səsləndirdilər. İiclasın sonunda baş nazirin hesabatı səsverməyə çıxarılacaq.    


Create Account



Log In Your Account