Sep 16 2019 18:19
Views: 241

“Bakı Metropoliteni” də ənənəsinə sadiq qalaraq Bilik günü ilə əlaqədar məktəblilər üçün maraqlı sosial layihə həyata keçirib. "İçərişəhər" stansiyasında birinci sinif şagirdləri olan balaca sərnişinlər üçün tədbir təşkil olunub. İlk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və digər qəhrəmanlar əyləncəli proqramları ilə stansiya vestibülündə balaca sərnişinləri qarşılayıb.

Tədbirdə sehrbaz illüziyaçının şou-proqramı da təqdim olunub. Daha sonra tədbir musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının əyləncələri ilə davam edib.


Create Account



Log In Your Account