Apr 20 2019 18:22
Views: 965

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan muğamı və italyan barokko musiqisini birləşdirən “Barokko-Muğam” konserti keçirilib. İlk dəfə olaraq keçirilən konsertdə bir-birindən kəskin fərqlənən iki musiqi janrının harmoniyası təqdim edilib.

Konsert Venesiyanın KaFoskari Universitetinin professoru, etnomusiqiçi Covanni De Zorzi tərəfindən təqdim olunub. Konsertin bədii rejissoru məşhur İtalyan bəstəkarı Stefano Muskaritolodur. Konsertə İtaliyanın dünya üzrə mədəniyyət səfiri, fleytaçı Luisa Sello da dəvət olunub.

Konsertin təşkilatçıları etiraf edirlər ki, ideya spontan olaraq yaranıb. Barokko dövrü İtaliya tarixinin mühüm bir parçasıdır. Muğam Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsi olduğu kimi.

Konsert “Venesiya və Azərbaycan, Su şəhəri və Odlar yurdu!” şüarı altında keçirilib. Bu iki ölkəni İpək yolu, dostluq və mədəniyyətə olan bağlılığın birləşdirdiyini ifadə edir.

 


Create Account



Log In Your Account