Sep 01 2018 16:05
Views: 679

Monakoda “Bakı-2019” UEFA Avropa Liqasının loqosu təqdim olunub. loqoda UEFA Avropa Liqasının kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələrinin fonunda təsvir olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərin təsvirindən istifadə edilib. Loqonun brendinqi Avropa qitəsini və Azərbaycanın paytaxtı Bakı şəhərini əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir. Azərbaycan dünyada “Odlar Yurdu” kimi tanındığından loqoda “A” hərfi alov dilimləri formasında dizayn edilib. “Buta” naxışı isə milli geyimlərimizdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində çox istifadə edilir. Bundan ilhamlanaraq, UEFA Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlayıb.


Create Account



Log In Your Account