Jul 04 2019 19:13
Views: 278

"İndiyə qədər 300-ə yaxın gənc şirkətimizin xarici təqaüd proqramına, 2000 nəfərdən çox tələbə isə açıq müsabiqədə qalib gələrək daxili təqaüd proqramına cəlb edilib". Bunu Bakı Ali Neft Məktəbinin məzun törəni münasibəti ilə Ali məktəbin kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirb. Məkrubda qeyd olunub ki, xarici təqaüd proqramına cəlb olunmuş gənclərdən 276-sı, daxili təqaüd proqramlarından keçən gənclərin isə 212-si SOCAR-da yüksək vəzifələrdə çalışır. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovsa çixişında bildirib ki, təhsilin yüksək keyfiyyəti, yeni, müasir tədris proqramlarına uyğun təşkili qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyenləri məhz bu ali məktəbi seçməyə həvəsləndirir. Məzunlar da Bakı Ali Neft Məktəbinin onların gənc kadr qismində peşəkar inkişafı və əmək bazarına interqasiyasında böyük rolu olduğunu düşünürlər.

Bakı Ali Neft Məktəbinin fəxri diplomunu 110 nəfər alıb, bu tələbələrdən 40-ı həmçinin britaniyanın Herriot Watt universitetinin diplomunun da sahibinə çevrilib. Bu il ilk dəfə olaraq təhsil müəssisəsinin magistratuta pilləsini bitirən şəxslərin məzun günü də baş tutub. Məzunların 80 faizi artıq yerli və xarici şirkətlərdən iş təklifi alıb.


Create Account



Log In Your Account