Nov 05 2019 15:09
Views: 248

“Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Layihəyə uyğun olaraq işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilib. Bundan başqa torpaq işləri və yatağın tikintisi aparılıb. Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.

Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.


Create Account



Log In Your Account