May 17 2019 17:13
Views: 813

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsinin 1-ci b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi icra olunur. Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin gələn il yekunlaşdırılması nəzərdə tutulub.

Layihəyə uyğun torpaq işləri və yatağın tikintisi aparılır. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib. Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikinti işləri də aparılıb. Körpülər Acıdərə və Pirsaat çayları üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.

Bundan başqa layihə çərçivəsində 3 alt keçidin inşası da aparılır. Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.


Create Account



Log In Your Account