Jul 19 2019 14:43
Views: 213

Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda  aviareysin açılışı ilə bağlı mərasim keçirlib. Misirin Azərbaycandakı səfiri Adel İbrahim ölkəsinin turizm sahəsində əvvəllər olduğu kimi, son illər ərzində də yüksək göstəricilərə nail olduğunu vurğulayıb. Hökumətin turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik tədbirlərini gördüyünü deyib. Səfir birbaşa reysin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə bildirib ki, yeni uçuşun açılması bəzi hazırlıq işlərini tələb edib.

Misirin istirahət zonası olan Şarm əl-Şeyxə birbaşa uçuşlar həftənin cümə axşamı günləri Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququ qazanan "SCAT Airlines" aviaşirkətinin "Boeing 757" təyyarəsi ilə həyata keçiriləcək. Şarm əl-Şeyxə gəldikdən sonra Azərbaycan vətəndaşları vizaya ehtiyac yoxdur, lakin turistlər Misirin digər şəhərlərinə uçmaq istəyirlərsə, viza dəyəri 25 dollar olacaq.


Create Account



Log In Your Account