Jan 21 2019 16:00
Views: 415

Azərbaycan hökuməti Avropa Gənclər Yay Olimpiya Festivalına uğurla hazırlaşır. Bakıya gələn Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası görülən işləri yüksək qiymətləndirib. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Bildirib ki, Komissiya üzvləri Azərbaycan Milli Antidopinq Agentliyində və Tibbi Reabilitasiya İnstitutunda da olublar. Eyni zamanda idman yarışlarının keçiriləcəyi idman arenalarına baxış keçiriblər.

Səmayə Məmmədova bildirib ki, Azərbaycana gələn idmançılar Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi, atletlər kəndində qalacaq. 6 bina məhz idmançıların qalması üçün ayrılıb. Ümumilikdə, Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycana 50 Avropa ölkəsindən idmançıların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı bu ilin 20-28 iyul tarixlərində keçiriləcək. Festivalın açılış mərasimi isə iyulun 21-də baş tutacaq.


Create Account



Log In Your Account