Mar 26 2019 19:32
Views: 243

Martın 19-dan bugünədək respublikanın 62 avtovağzalından 70 mindən artıq sərnişin daşınıb. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova CBC-yə açıqlamasında bu barədə məlumat verib. Novruz bayramının son günlərində xidmətin regionlarda yerləşən avtovağzallarından paytaxta səfər edənlərin sayında artım müşahidə olunub. Bu tendensiya xüsusilən son 3 gündə regionlardan paytaxta gələn  sərnişinlərin sayında nəzərə çarpır.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram tətili ilə əlaqədar qayıdan sərnişinləri nəzərə alaraq gücləndirilmiş iş rejimini martın 30-dək uzadıb. Bayramdan öncə sərnişin sıxlığının müşahidə olunduğu günlərdə xəttə əlavə 650 avtobusun buraxılması təmin edilib. Bayram günləri və tətilin son günlərində də əlavə avtobusların ayrılması planlaşdırılır.
Ümumilikdə bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından bölgələrə yola salınan sərnişinlərin sayı ən çox 19 mart tarixində qeydə alınıb. Belə ki, son çərşənbə günü 584 reysle 17 800 sernisin daşınıb ki, bunların da 5 mini qabaqcadan bilet alanlardır. Martın 20-I və 21-I bayram günlərində ölkənin əsas avtovağzalından yola salınan sərnişinlərin sayı 13-14 min olub, 500-dən artıq reys yerinə yetirilib.
Bayram günlərində beynəlxalq daşımalarda da sıxlıq olub. Ölkəyə gələn və avtovağzalın xidmətindən istifadə edən turistlərin sayında artım müşahidə olunub. Xüsusilə İran və Rusiyadan Azərbaycana avtobuslarla səfər edənlərin sayında  nəzərəçarpacaq artım qeydə alınıb.  Bakı beynəlxalq Avtovağzal Kompleksinin xidmətlərindən istifadə edərək Novruz tətilini xaricdə keçirmək istəyən sərnişinlərin seçimi isə daha çox Türkiyədən yana olub.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti eyni zamanda regiondan qeyri-qanuni sərnişin daşımaları həyata keçirənlərə qarşı qabaqlayıcı tədbirlər görmək məqsədilə Dövlət Yol Polisi ilə birgə reydlər keçirir. Artıq bu reydlərə regionlarda yerləşən 30 avtovağzalda start verilib.


Create Account



Log In Your Account