Jun 07 2019 16:57
Views: 330

Bu ilin sonuna kimi Bakı Beynəlxalq Dəniz Ticarət limanı “Yaşıl liman” statusu ala bilər. Bununla da Bakı limanı bölgədə bir yeniliyə imza atmış olacaq. Bunu CBC-yə müsahibəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib. Bildirib ki, proses uzun müddətdir gedir və indi namizədliklə bağlı son işlər aparılır.

Bundan başqa Bakı limanının inkişaf perspektivində ən önəmli addımlardan biri burada azad ticarət zonasının yaradılmasıdır. Bununla Bakı nəqliyyat daşımalarında haba çevriləcək.

 eyd edək ki, artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tam olaraq Ələt qəsəbəsinə köçüb. Burada bütün əməliyyatlar elektronlaşdırılıb. İndi əsas məqsəd qonşu limanları da rəqəmsal platformaya cəlb etmək və qarşılıqlı əməliyyatlara sərf olunan zamanı mümkün qədər azaltmaqdır.


Create Account



Log In Your Account