Oct 22 2019 14:11
Views: 938

Beynəlxalq incəsənət festivalının təşkilatçıları əmindir : görüş  yerini dəyişmək, mümkündür! İlk dəfə Almaniyanın paytaxtı Berlində keçirilən festivala bu dəfə Azərbaycan paytaxtı ev sahibliyi edəcək. Gələn il may ayında sənətkarlar və mədəniyyət işçiləri Bakıda toplaşacaqlar. Məkan dəyişsə də festivalin konsepsiyası və məqsədi eyni qalır: daha yaxşı və saf dünya.

Festival ərəfəsində təşkilat komitəsinin nümayəndələri və bəzi iştirakçılar ölkənin mədəniyyəti və tarixi ilə tanış olmaq üçün bakıya gəliblər.

Azərbaycanın xalq artisti, rəssam Tahir Salahovun ev-muzeyində festival öncəsi ədəbi-musiqili axşam keçirilib. Burada dünya şöhrətli rəssamın rəsmləri nümayiş etdirilib, gənc şairlərin şeirləri və gənc musiqiçilərin ifasında Azərbaycan klassiklərinin əsərləri səslənib.

Festivalın proqramına müxtəlif sərgilər, konsertlər, teatr kollektivlərinin çıxışları və kinolentlərin  nümayişi daxildir. Tədbirin açılışı gələn  ilin mayına olacaq. Festivalın internet səhifəsi də yaradılıb və bütün yeniliklər bardə burada məlumat verilir.


Create Account



Log In Your Account