Feb 02 2019 18:15
Views: 539

Paytaxt sakinlərinin  və şəhərimizin qonaqlarının istirahət üçün ən çox üz tutduğu   məkanlardan biri daha çox bulvar adıyla tanınan Dəniz Kənarı Milli Parkdır. Bakı bulvarı bu il  110 yaşını qeyd edir. Bulvarın tikintisinə 1909-cu ildə start verilib. Bu illər ərzində Bulvar ərazisinin forması  dəfələrlə dəyişib. Müxtəlif tikinti işləri aparılıb,ərazisi böyüdülüb.Hazırda milli parkın ərazisi köhnə bulvar,yeni bulvar və  ağ şəhər bulvarı olmaqla 3 hissəyə ayrılıb.
Bakı bulvarının 110 illik tarixini burdakı fotosərgidə əyani şəkildə görmək mümkündür. Ötən ilin payızından açılan sərgidə ötən əsrdə  bir çox tanınmış   yerli və əcnəbi fotoqrafların lentə aldığı fotoşəkillər nümayiş olunur.
Sərginin ərsəyə gəlməsində böyük rolu olan Bəhruz Hüseynzadə özünün  də bulvar haqda   çəkdiyi bir neçə fotoşəklini nümayiş etdirib. Bəhruz  artıq 17 ildir ki fotoları toplayır.
1998-ci ildən  dənizkənarı bulvar  milli park statusunu daşıyır.Hazırda bulvarın uzunluğu  16 kilometrdir. Gələcəkdə Bulvar ərazisinin 25 kilometrə çatdırılması nəzərdə tutulur.


Create Account



Log In Your Account