Jul 12 2018 14:05
Views: 349

Dənizkənarı milli parkda Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlər quraşdırılıb.Əsas dayanıqlı inkişaf məqsədləri və hədəfləri barədə insanları məlumatlandırmaqdır.
Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilə qədər dünyanın simasının dəyişdirilməsi, yoxsulluqdan əziyyət çəkən insanların problemlərinin aradan qaldırılması və digər porblemlərin həllini nəzərdə tutur.  Bu istiqamətdə hökumətlərlə yanaşı vətəndaşların da üzərinə müəyəyn vəzifə düşür. Onlar da bu ideyaların reallığa çevrilməsinə dəstək verməlidir.
BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai dedi ki, stendlərin nümayiş etdirilməsində əsas məqsəd insanların məlumatlandırılması olduğundan məkan olaraq məhz bulvaırn seçilməsi təsadüfi deyil. hər gün yüzlərlə insan bu ərazidən keçir: 

“Bu tədbirin keçirilməsi hazırda dünya liderlərinin  BMT çərçivəsində Nyu Yorkda toplaşdığı günlərə təsadüf edir. Yaxın günlərdə müxtəlif ölkələr Dayanıqlı inkişaf Proqramı ilə bağlı 3-cü milli hesabatını təqdim edəcəklər. Və düşünürük ki, bu stendlər yalnız Azərbaycanda deyil, dünyada dayanıqlı inkişaf məqsədləri haqqında məlumatlılığın artırılmasına xidmət edəcək”.   

Bakı bulvarının mərkəzi hissəsində stendlər 4 ay ərzində nümayiş olunacaq. 2015-ci ildə Azərbaycan da daxil olmaqla BMT-yə üzv 193 dövlət 2030-cu ilədək “Dayanıqlı inkişaf gündəliyini “qəbul edib. Gündəliyə 2030-cu ilədək nail olunması nəzərdə tutulan 17 məqsəd, 169 hədəf daxildir.


Create Account



Log In Your Account