Sep 20 2019 16:37
Views: 472

Bakı dünyada  ən təhlükəsiz 60 şəhərdən biridir. “The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı hesabatın müəllifləri bu qənəatə gəliblər.  İlk dəfə olaraq Azərbaycanın paytaxtı “Təhlükəsiz Şəhərlər İndeksi 2019” reytinqində yer alıb.  Hesabatda Bakı 56,4 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla 4 göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib. Bakının bu reytinqdə yer alması  ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir.

Qeyd olunur ki, şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Bakının reytinqdə rəqəmsal təhlükəsizlik və şəxsi təhlıükəsizlik göstəricisi üzrə qiymətləndirilməsi təsadüfi deyil. Bunun üçün bir neçə faktlar nəzərə alınıb. Son illər Bakıda keçirilən kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə təlimləri, Azərbaycanın dünyada mobil rezidentlik təqdim edən ilk, elektron rezidentlik təqdim edən ikinci ölkə olması, həmçinin dövlət və özəl sektorun bütün sahələrində texnologiyadan yüksək səviyyədə istifadə Bakının bu sütun üzrə qiymətləndirilməsinə əsas verib.

Bakı şəhəri ilə birgə reytinqə ilk dəfə olaraq Dubay, Kopenhagen, Laqos şəhərləri də daxil edilib. Reytinqdə birinci yeri Tokio tutub. Daha sonra ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam və Sidney şəhərləri qərarlaşıb.


Create Account



Log In Your Account