Oct 25 2018 15:51
Views: 444

Bakı Azərbaycanda ilk dəfə baş tutacaq “Fantaziya” mədəni irs festivalının keçirilməsinə tam hazırdır. Bunu tədbirin təşkilatçısı olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis deyib. Təşkilatçılar festivalın Azərbaycanda keçirilməsini təsadüfi olmadığını, burada mədəni irsin qorunmasına böyük diqqət yetirildiyi üçün seçildiyini deyib. Festival çərçivəsində Azərbaycan ictimaiyyətinə bir-birindən maraqlı tədbirlər təqdim olunacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “2018-ci Avropa Mədəni İrs İli” çərçivəsində belə bir festivalın Bakıda keçirilməsini Azərbaycan paytaxtının artıq Avropa şəhərinə çevrilməsi ilə əlaqələndirib. O, “Fantaziya” festivalının Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıdığını deyib.
“Bu festival Avropa İttifaqının nümayəndələri, Mədəniyyət Nazirliyi, digər ölkələrin nümayəndələrinin iştirakı ilə ilk dəfədir keçirilir. Mövzu  ölkələrimizin, şəhərlərimizin tarixi, qədim, mədəni irsini dinamik inkişaf tempinə uyğunlaşdırmaqla bağlıdır. Festival ictimaiyyət üçün açıq olacaq. Sərgilər keçiriləcək, dramaturqlarla görüşlər olacaq. Filmlər göstəriləcək. Avropalı müğənnilərin  iştirakı ilə konsertlər keçiriləcək”.
Festivalın “Fantaziya “ adlandırılması  XIX əsrdə tikilən Bakının məhşur “Fantaziya” hamamının adı ilə bağlıdır. Noyabırın 1-dən 10-dək davam edəcək festival paytaxtın müxtəlif tarixi yerlərində keçiriləcək.


Create Account



Log In Your Account