Sep 02 2019 18:27
Views: 416

Yeni dərsliklərin qoxusu, al-əlvan çantalar və qələmlər... Bakı Fransız Liseyi yay tətilindən sonra qapılarını şagirdlərin üzünə açıb. Burda tədris Avropa təhsil proqramına uyğun həyata keçirildiyindən, ənənəvi olaraq liseydə dərs ili digər məktəblərə nisbətən erkən başlayır. 
İlk dərs günündə təhsil ocağında əsl bayram ab-havası var. Xüsusilə, birinci sinifə gələnlər ilk dərs günü yeni dostlar və müəllimlərlə tanışlığın həyəcanını yaşayır.
Bu gün Bakı Fransız Liseyində 200-dən çox şagird təhsil alır, onların sayı ilbəil daha da artır.
Bakı Fransız liseyində oxumaq məzunlara öz təhsillərini yalnız Fransada deyil, başqa ölkələrin universitetlərində davam etdirmək imkanı verir. Müxtəlif fənlərin dərindən öyrənilməsi ilə yanaşı liseydə idman məşğələləri, bədii və teatr dərnəkləri də fəaliyyət göstərir. Məzunlara verilən attestat Fransa Təhsil Nazirliyinin tələblərinə cavab verir.

 


Create Account



Log In Your Account