Apr 01 2020 18:13
Views: 411

Bakı Şəhəri üzrə Təhsil İdarəsi mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətini məsafədən təşkil edib. İdarə rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Bu müddətdə uşaqların təhsildən kənarda qalmaması üçün Təhsil Nazirliyi Microsoft şirkəti ilə birgə yeni virtual məktəb layihəsini hazırlayıb. Layihə üzərində işlər yekunlaşmaq üzrədir.

Aprelin 2-dən etibarən şagirdlər virtual.edu.az portalında qeydiyyatdan keçməklə virtual dərslərə qatıla bilər.  Portalın mobil tətbiqini də yükləmək mümkündür. Qeyd edək ki, məktəblərdə tədris prosesinin dayanmasından sonra məktəblərin bir çoxu sosial şəbəkələr vasitəsilə onlayn dərslər təşkil edir. Bakıdakı Rəşid Behbudov adına musiqi məktəbi də bu yolla şagirdlərinin dərslərdən kənarda qalmamasına çalışır.


Create Account



Log In Your Account