May 04 2019 18:40
Views: 327

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Opera” zalında “Bakı K-pop Festivalı-2019”un açılışı olub.  Altıncı dəfədir təşkil edilən festival Koreya Respublikasının ölkəmizdəki səfirliyi və “Hansamo Azərbaycan”nın birgə təşkilatçılığı ilə reallaşıb. Açılış mərasimində çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq-Opu bu festivalın iki ölkə, iki xalq arasında mədəni əlaqələrin güclənməsinə fayda verəcəyini bildirib.  Sonra səhnə festival iştirakçılarına verilib.  Budəfəki festivalda iştirak üçün 33 musiqi qrupu müraciət edib. Seçmə mərhələsində onlardan 10-u finala vəsiqə qazanıb. Bu komandalar rəqs və mahnı kateqoriyaları üzrə ayrı-ayrılıqda mübarizə aparırlar.

“K-pop", yəni "Korean pop" Qərb elektrik pop musiqisi, "hip hop", rəqs havaları, "rythm and blues" ünsürlərinin qarışığı olan musiqi janrı kimi, Cənubi Koreyada yaranıb, sonradan bütün dünyada milyonlarla gəncin pərəstişkar olduğu böyük alt mədəniyyətə çevrilib.

Festivalın qalibinin bu ilin oktyabr ayında Koreyanın Çanqvon şəhərində keçiriləcək “Dünya K-pop Festivalı – 2019”da iştirak etmək üçün namizədliyi irəli sürüləcək. Eyni zamanda qalib qruplara pul mükafatı və kubok, müsabiqədə iştirak edən bütün qruplara xatirə hədiyyələri təqdim olunacaq. Festival çərçivəsində “K-pop” müsabiqəsi ilə yanaşı, xüsusi ifalar səsləndiriləcək, auditoriya üçün lotereya oyunları keçiriləcək.


Create Account



Log In Your Account