Dec 14 2018 18:03
Views: 360

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 mininci sərnişini qəbul edib. Bu, Türkmənistan vətəndaşı Bibipatma Yarjanova olub. Türkmənistanlı sərnişin xüsusi sertifikat və mükafatla təltif edilib.  Türkmənbaşı-Bakı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma Yarjanova bildirib ki, bu xoş təsadüf onu çox sevindirib.

Bakı limanından bildirirlər ki, son 20 ildə rekord sayda sərnişin daşınma məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişin daşınmasında kəskin artım olub.

Sərnişin sayının artması ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ rayonunun, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Terminal ildə 150 000 sərnişinə xidmət göstərəcək. Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və yaxud xüsusi proqram yükləməklə əldə edə biləcəklər.

 


Create Account



Log In Your Account