Jun 14 2019 15:34
Views: 208

“Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsi hazırlanacaq”. Bu haqda “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin təqdimat mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirdi. Onun sözlərinə görə, bu işlər ATƏT-lə birgə reallaşdırılan layihə çərçivəsində həyata keçiriləcək.
“Rəqəmsal dəniz”in gücləndirilməsinə dair layihənin əsas məqsədi Azərbaycan, Türkmənistan və Qazaxıstanın nəqliyyat və ticari bağlılığını möhkəmləndirməkdir. Üç qardaş limanı birləşdirən layihə Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən növbəti mühüm addım hesab olunur.
ATƏT rəsmisi layihənin dəyərinin 2,5 milyon avro səviyyəsində nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə, bu, ekstra-büdcə əsaslı layihədir və onun maliyyələşdirilməsini maraqlı tərəflər təmin edəcək. 

 


Create Account



Log In Your Account