May 25 2019 18:53
Views: 478

Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında  Xəzər dənizi regionunda İlk dəfə olaraq “Port Festival-2019” adlı musiqili və əyləncəli  festival keçirilib.Festivala Bakı və Şirvan şəhərlərindən,eyni zamanda Qaradağ, Hacıqabul, Səlyan,Sabirabad  və Neftçala  rayonnlarının sakinləri,məktəbli və  yeniyetmələr qatılıb. Onlar yeni və müasir standartlara  uyğun  inşa edilən limanla ətraflı tanış olmaq,buradakı avadanlıqlar,gəmilər,yük kranlarını yaxından izləmək imkanı qazanıblar.Onlara Liman əməkdaşları limanın texniki və əməliyyat imkanlarını nümayiş etdirib. Ziyarətçilərin limanda xoş gün xoş keçirmələri üçün  müsiqili və əyləncəli proqramlar təşkil olunub.Festivalın ən maraqlı hissəsi isə dövlət Sərhəd Xidmətinin helekpopterinin və Fövqəladə Hallar Nazirliyinin  liman akvatoriyasında  xilas etmə əməliyatlarında iştirakı olub.
Ziyarətçilər festivalda  onlar üçün yaradılan  bütün imkanlardan  maksimum istifadə edərək əylənməyə çalışıblar.
Rəngarəng proqramı olan festivalda ziyarətçilər üçün   mini golf  və mini futbol meydançaları, virtual reallıq kabinələri, şahmat oyunları, az yaşlıalr üçün oyun meydançaları  yaradılıb.Eyni zamanda robot şoular, konteynerlərin üzərində qrafitli şou,flaşmoblar təşkil edilib.
Festivala nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlər,Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri qatılıblar. Açıq qapı  günü formatında keçirilən   “Port Festival” dünyanın bütün  iri liman şəhərlərində  keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan  fastivalda  5 mindən artıq  insanın iştirak edəcəyi gözlənilir. Festival iki gün davam edəcək.

 


Create Account



Log In Your Account