Apr 13 2019 18:00
Views: 603

Bakı Metropoliteni cari ildə 6 qatar alacaq. Bunu "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətini rəisi Kamran İsmayılov deyib. "81-765" tipli, "Metrovaqonmaş" istehsalı olan yeni qatarlar istismarını müddətini başa vurmuş 6 qatarı əvəz edəcək.  Yeni qatarların istehsalında ən aparıcı sistemlər tətbiq olunub. Bununla yanaşı Bakı Metropolietinin özündə də qatarlar əsaslı təmir olunur. 2017-ci noyabrından indiyədək əsaslı təmir sexində 15 vaqon 3 qatar əsaslı təmir olunub. buna qədər qatarların əsaslı təmiri ölkədə aparılmırdı.

Bu il cari təmir sahəsi 3-də 18 qatarın təmir olunması nəzərdə tuulub. Vaqonların təmir işləri aparılan bu sahədə yenidənqurma işləri həyata keçirilib. Burada vaqonların təmiri, vaqonaltı avadanlıqların sökülüb təftişi, eyni zamanda yuyulması sahəsi istifadəyə verilib.  Burada qaçışı 480 min km olan qatarlar cari təmirə saxlanılır, bu proses qatarın qaçış müddətini bir az da artırır.

Qatarların gündəlik texniki baxış üçün cəlb olunduğu məkan isə təmir sahəsidir. Bu sahəyə qatarlar hər 12-20 saatdan bir daxil olur. 1-3 saat ərzində qatarlarda texniki baxış keçirilir ki, bu da hərəkətin təhlükəsizliyinin tam təmin edilməsinə xidmət edilir.

Qeyd olunub ki, 2019-cu ildə Bakı Metropolitenində ventilyasiya avadanlıqlarının yenilənməsi prosesi davam etdirilir. İl ərzində istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. Artıq bunların ikisinin qurşadırılması işlərinə başlanılıb. Bu il tunel və stansiyaların təbii havalandırmaası istiqamətində də mühüm işlərə başlanılacaq.

 

 


Create Account



Log In Your Account