Jun 11 2019 19:26
Views: 237

“Bakı Metropoliteni” ilə Rusiyanın "Trans maş holdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən istehsal edilmiş 10 vaqon artıq Azərbaycana gətirilib. İlin sonuna kimi müqaviləyə əsasən “Bakı Metropoliteni” üçün daha 20 vaqon istehsal ediləcək. Bakıya gətirilən vaqonlar ən müasir 4-cü nəslə aiddir. Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni vaqonlar əvvəlki nümunələrindən fərqlənir. Əsas fərqlərdən biri vaqonların qapılarının daha enli olması, işıqlı xəbərdarlıq sistemi ilə təmin olunmasıdır. Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb. 
Bakıya gətirilən yeni vaqonların sifarişçinin tələbinə uyğun olan digər  özəllikləri də var. Yeni qatarların hər bir vaqonunda ayrıca mühərrik mövcuddur. Bu özəllik yeni qatarların hər iki xətt üzrə işləməsinə imkan yaradacaq. 
"Bakı Metropoliteni" bu ilin sonunadək 30 köhnə vaqonu istismardan çıxarmaqla yanaşı, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutur. 

 


Create Account



Log In Your Account