Mar 07 2019 17:55
Views: 295

Martın 10-dan, yəni bazar günündən etibarən paytaxtda Novruz bayramı ilə bağlı tədbirlərə start verilir. Bu il festival formatında təşkil olunaraq Novruz şənlikləri 20 gün ərzində Sahil bağında davam edəcək. Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçilən tədbirlərdə bir çox maraqlı məqamlar olacaq.

Festival ərazisi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Festival zonası hər gün saat 11-dən 21:00-a qədər, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 mart  günlərində isə saat 23-ə qədər ziyarətçilərə açıq olacaq. Azərbaycanın qədim sənətkarlıq nümunələri, yemək və şirniyyatlar da festivalda həm nümayiş olunacaq, həm də satışı təşkil olunacaq.

Qeyd olunan tədbirlər Novruz bayramına yeni müasir baxışı yeni turizm brendi olan “Bir daha bax” konsepsiyasına uyğun olaraq əks etdirəcək. Builki festivalda UEFA final liqasının brend zonası da yaradılacaq. AFFA xüsusi futbol meydançası quracaq və idmançılarla imza günləri təşkil ediləcək.


Create Account



Log In Your Account