May 25 2019 18:48
Views: 324

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib.bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivədə yaradılmış Koordinasiya Şurasına BNA rəhbərlik edir. Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün xüsusi avtobuslar ayırılıb.
Mais Ağayev bildirib ki, final oyununa akkreditasiyası olan şəxslər mayın 25-dən 30-na qədər, oyuna baxmaq üçün bilet almış azarkeşlər isə mayın 28-dən 30-na qədər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.  Eyni zamanda, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Avropa liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyi və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması üçün Bakı Nəqliyyat Agentliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.


Create Account



Log In Your Account