Jun 12 2019 13:04
Views: 264

Bakıda regional dialoqun və qarşılıqlı inamın gücləndirilməsinə xidmət edəcək yeni beynəlxalq təşkilatın əsası qoyuldu. Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması Azərbaycan, Almaniya və Türkiyə parlamentarilərinin təşəbbüsü və iştirakilə yaradıldı. Yeni qurum bu gün Bakıda keçirilən regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında təsis edildi. Konfransda qeyd olundu ki, regionun inkişafı üçün o məkandakı münaqişələrin həlli vacibdir. Almaniya bundestaqının vitse-prezidenti Tomas Opperman bildirdi ki, Azərbaycan da 10 illərdir münaqişədən əziyyət çəkən ölkədir. Almaniya federal hökuməti hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir və bu işə öz töhfəsini verməyə hazırdır.
Platformanın təsis konfransında qeyd olundu ki, təşkilatın yaradılmasının daha bir məqsədi iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətçə yeni səviyyəyə yüksəldilməsi, dialoq mühiti yaratmaqdan ibarətdir. Həmçinin, parlamentlərarası dostluq əlaqələrini keyfiyyətcə yüksək səviyyəyə qaldırmaq, çoxşaxəli tərəfdaşlığın gücləndirilməsinə nail olmaqdan ibarətdir. 
Konfransda Bakı Parlament Platformasının gələcək fəaliyyəti ilə bağlı plan hazırlandı. ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin üzvü Azay Quliyev yeni qurumun koordinatoru seçildi. Azay Quliyev qeyd edir ki, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə yeni yanaşma və təşəbbüslərə ciddi ehtiyac var. 
Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması hər ilin iyulunda Bakıda konfrans keçiriləcək.


Create Account



Log In Your Account