Oct 12 2019 16:35
Views: 260

Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti zirvə toplantısı işinə oktyabr ayının 25-də start verəcək. 2 gün davam edəcək XVIII zirvə toplantısında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda müzakirələr aparacaqlar. 
2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan Azərbaycan 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək. Millət vəkili Hikmət Bababoğlunun sözlərinə görə, paytaxtımızda keçiriləcək toplantının əsas məqsədi sülhün, əmin-amanlığını qorunması, terrora qarşı mübarizədir.  Təşkilatın əsas prinsipləri ilə Azərbaycanın milli maraqları üst üstə düşür.
Qoşulmama Hərəkatı 1961-ci ildə, soyuq müharibə dövründə yaradılıb. Bu hərəkat Qərb İttifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb və əsas məqsədi gərginliyi azaltmaq olub. 
2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu təşkilatda 17 ölkə müşahidəçidir. Bu qurum BMT-nin Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.


Create Account



Log In Your Account