Oct 22 2019 18:17
Views: 955

 “Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib”. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib. Bildirib ki, sammitdə 60 ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir. O, Azərbaycanın 2001-ci ildən Qoşulmama Hərəkatının üzvü olduğunu xatırladıb.

Sammit zamanı 4 əsas sənədin qəbul edilməsi gözlənilir. Əsas sənəd zirvə görüşünün yekun bəyannaməsidir. Eyni zamanda, Bakı Siyasi Bəyannaməsi, ev sahibi dövlətə təşəkkür və XİN başçılarının Fələstin üzrə bəyannamələri də qəbul ediləcək.

Bakıda keçiriləcək sammitin işini işıqlandırmaq üçün 246 xarici jurnalistin qeydiyyatdan keçdiyi bildirilib. Həmçinin qeyd edilib ki, Qoşulmama Hərəkatında müşahidəçi statusuna malik olan Ermənistan sammitdə iştirak etməyəcək.

Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Ayın 23-24-də isə təşkilat ölkələrinin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.


Create Account



Log In Your Account