Nov 02 2019 19:45
Views: 172

Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədova tapşırıq verib. Dövlət başçısı bildirib ki, bəzi yerlərdə hələ də torpaq yollar mövcuddur və mütləq bu Torpaq yollara asfalt vurulmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Rəis müavini  Hidayət Rüstəmov CBC-yə müsahibəsində bildirib ki, Bakı qəsəbələrindəki torpaq yolların  asfaltlanması və təmiri ilə bağlı zəruri ölçmələr aparılıb. 
Hidayət Rüstəmov deyir ki, artıq torpaq yolların asfaltla örtülməsinə başlanılıb. İlk olaraq Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində 72 km-ə yaxın torpaq yol asfalt beton örtüklə əvəzlənib. 
Ümumilikdə, bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. İlin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Beləliklə, qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdırılacaq.


Create Account



Log In Your Account