Mar 01 2019 18:45
Views: 428

Yol infrastrukturunun yenidən qurulması istiqamətində  aparılan  işlər çərçivəsində  Bakı şəhərinin  12 rayonu üzrə  qəsəbə və yaşayış məntəqələrində təmir tikinti işləri həyata keçirilir. Təmir olunan yollar əsasən vətəndaşların  ümumi istifadəsində olan  və  payız –qış mövsümündə çətinlik yaşanan  torpaq əsaslı və ya  çınqıl örtüklü  küçələrdir.  Təmir tikinti işləri  Xəzər rayonunun əsasən  Binə, Mərdəkan,Buzovna və Şüvəlan  qəsəbələrində, eləcədə  5 yaşayış  massivində   mövcud olan 40 kilometrdən  artıq  küçə və yolları əhatə edir. Bəzi qəsəbə və yollarda isə  təmirə yaxın günlərdə başlanacaq. Ərazidəki yolların əksəriyyəti  əvvələr  torpaq  və daşlı olub və ilk dəfədir asvalt çəkilir.

Görülən işlər çərçivəsində  bəzi qəsəbə və küçələrdə   yol infrastrukturu  olmadığı üçün yeni yolların çəkilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə,  təmir bərpa işləri  tərtib olunan  qrafikə uyğun həyata keçirilir.  İşlərin vaxtında  yekunlaşdırılması üçün  əraziyə  lazımı sayda  canlı qüvvə və texnika  cəlb edilib.


Create Account



Log In Your Account