Sep 06 2019 15:51
Views: 278

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun  6-18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında ölkə prezidentinin Sərəncamına əsasən yolun 11-18-ci km-lik hissəsində təmiri işləri aparılır.Təmir 18-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində, Xırdalan dairəsinə qədər olan hissəsində həyata keçirilir. İşlər tərtib olunmuş qrafikə uyğun hissə-hissə görülür.
Yol 2008-ci ildən istismar olunmasına baxmayaraq təmir olunmadığından, asfalt-beton örtüyünün üst qatı intensiv hərəkət və təbii təsirlərdən aşınmaya məruz qalıb. Bu səbəbdən təmirə ehtiyac yaranıb.
Təmir işləri çərçivəsində yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı çıxarılır, zəruri yerlərdə yol əsasında əlavə bərkitmə işləri görülür və yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edib. Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.


Create Account



Log In Your Account