Nov 18 2019 16:23
Views: 59

Bu gün Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair müqavilənin imzalanmasının 20-ci ildönümü tamam olur. Müqavilə 1999-cu il noyabr ayının 18-də İstanbulda  Azərbaycan-Gürcüstan-Türkiyə arasında imzalanıb. Məhz bu tarixdə üç ölkənin dövlət başçıları Bakı-tbilisi-Ceyhan neft kəməri ilə neftin ixracında dair üztərəli sazişi razılaşdırıblar.

Yeni dəhlizin inşası ilə bağlı danışıqlar “əsrin müqaviləsi” Çərçivəsində başlamışdı. Azərbaycan Beynəlxalq bazAra çıxış üçün çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi kursu həyata keçirirdi. Qarşıda dutran vəzifə kifayət qədər konkret idi. Həmin dövrdə  Bakı-Novorossiyski və Bakı-Supsa əsas ixrac kəmərləri hesab olunurdu. Əsas mənbə isə Azəri-Çıraq-Günəşşli yatağı idi.

2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. 2003-cü ilin fevral ayında Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.  BTC milli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən biri idİ.

Bu gün BTC vasitəsilə Qazaxıstan, Türmənistan və Rusiya nefti də  ixrac olunur. Bu layihə həm də Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığın uğurlu nümunələdirndən biri kimi qiymətləndirilir.

Üç ölkənin səmərəli əməkdaşlığı regionun enerji təchizatı və bütövlükdə enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Məhz bu əməkdaşlığln nticəsində  2017-ci ildə imzalanmış yeni razılaşma əsasında Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş 2050-ci ilə qədər uzadılıb.


Create Account



Log In Your Account