Apr 13 2019 16:57
Views: 1201

Bakı Uşaq Teatrının təşkilatçılığı ilə reallaşan “Nəsimi ili-Nəsimi dili” festivalının açılışı olub.“Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşən festival “Nəsimi ili”nə həsr edilib. Festivalın açılışında qeyd olunub ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan olunub. Bu baxımdan belə tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir.Bakı Uşaq Teatrının yaradıcı heyəti dahi şairin qəzəllərini səsləndirib, müxtəlif kompazisiyalar təqdim ediblər.

Festivalda Dərbənd Azərbaycan Dövlət Dram Teatrı və ölkədə fəaliyyət göstərən müxtəlif teatrların əməkdaşları da iştirak edir. eləcə də İncəsənət Gimnaziyasının şagirdləri festivala qonaq qismində qatılıb.

İki gün davam edəcək bu festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, digər teatrlarının aktyorları da xüsusi proqramlarla izləyicilərin qarşısına çıxacaq.


Create Account



Log In Your Account