Jun 01 2019 18:58
Views: 229

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ənənəvi olaraq “Bakı Metropoliteni”ndə də qeyd edildi. Burada balacalar üç fərqli layihənin iştirakçısı oldular. “İçərişəhər” stansiyasında Əməkdar artist, şən və hazırcavab “Bakılı oğlan” Bəhram Bağırzadə uşaqlara öz imzası ilə yeni kitabını payladı.

Bayram günü bura toplaşan uşaqlar həm maarifləndilər, həm də əyləndilər. Onlar müxtəlif personajların iştirak edəcəyi rəngarəng, maraqlı şou-proqramı izlədilər.

“Bakı metropoliteni”nin təşəbbüsü ilə baş tutan layihə uşaqlara böyük sevinc yaşatdı. Balacalar onlara məxsus olan bu özəl gündə xoş ovqatda idilər.

Bakı bulvarına gedən uşaqlar da bayram sürpizi ilə qarşılaşıblar. Dənizkənarı Milli Park İdarəsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya təşkil edib. Aksiyaya qoşulan balacalar attraksionlardan ödənişsiz istifadə ediblər. Uşaq pavilyonundakı karnaval və avtodromlar onların ixtiyarına verilib.

 


Create Account



Log In Your Account