Nov 04 2019 16:24
Views: 121

Özündə müxtəlif tarixi dövrlərin memarlığını əks etdirən Bakının UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması Azərbaycanın bütün dünyada memarlığının təbliğinə səbəb olacaq. Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev bel’e hesab edir. Bildirir ki, paytaxtın “dizayn” tematikası üzrə şəbəkəyə qoşulması Bakının memarlıq nümunələri ilə fəxr etməyə imkan verir.

Bakı tarixi abidələri ilə yanaşı, müasir memarlıq inciləri ilə də dünyanın aparıcı sənətşünaslarını heyran edir. Paytaxtda möhtəşəmliyi ilə seçilən müasir binalar sırasında dünya şöhrətli məşhur memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev mərkəzi, Bakının müasir rəmzinə çevrilmiş “Alov qüllələri”ni göstərmək olar. Hər il bu siyahıya yeni-yeni möhtəşəm və bənzərsiz tikililər əlavə olunur. Onarın qədim Bakı ilə harmoniyası paytaxtımızı daha cəlbedici edir.

Xatırladaq ki, UNESCO Bakını 31 oktyabr dünya şəhərlər günü münasibətilə tərtib olunan “yaradıcı şəhərlər şəbəkəsinə” “dizayn” tematikası üzrə  salınıb. Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir. Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.


Create Account



Log In Your Account