Feb 27 2019 13:53
Views: 334

Gürcüstan regionda Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. strateji tərəfdaşlıq demək olar ki, bütün sahələri əhatə edir. Ekspertlər bildirir ki, Azərbaycan və Gürcüstanı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bura Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu daxildir. Bütün bu layihələr rəsmi Bakı və Tbilisi arasında qarşılıqlı maraqlar üzərində qurulan əlaqələri daha sıx edir.

İlqar Vəlizadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından narahat olan qüvvələr deyərkən ilk növbədə Ermənistanı nəzərdə tutur. Rəsmi Yerevan, eləcə də Gürcüstandakı erməni lobbisi Bakı və Tbilisi arasında əlaqələrə xələl gətirmək üçün bir neçə dəfə cəhd edib. amma bütün bu səylərə baxmayaraq tərəflər yüksək səviyyəli münasibətləri qoruyub saxlamağı və aradakı məsələləri həll etməyi bacarıb. Politoloqlar hesab edir ki, Gürcüstanın yeni seçilmiş prezidentinin regionda ilk səfərini Ermənistana deyil, Azərbaycana etməsi bunu bir daha sübut edir. Ermənistanın hərbi aqressiyası ilə üzləşən bir ölkə kimi Azərbaycan hər zaman separatizmdən əziyyət çəkən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Rəsmi Tbilisi isə öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya dəstək verir. İkitərəfli münasibətlərdən başqa Azərbaycan və Gürcüstan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

Azərbaycan həm də Gürcüstan iqtisadiyyatının əsas sərmayəçisidir. Bu sərmayənin böyük bir hissəsi 2006-cı ildə yatırılıb. Azərbaycan Dövlət Neft Şirkəti qonşu ölkədə Kulevi terminalını alıb.  2008-ci ildə isə SOCAR Gürcüstanda ilk yanacaqdoldurma stansiyasını açıb. İndi bu ölkədə neft məhsulları bazarının 75%-i Azərbaycanın payına düşür. Gürcüstanın qaz təchizatını SOCAR həyata keçirir. Münasibətlərdə daha bir mühüm məqam Gürcüstanda 500 mindən artıq etnik azərbaycanlının yaşamasıdır. Onların dil, mədəniyyət, təhsillə bağlı problemlərinin həlli üçün mühüm layihələr icra olunur. Azərbaycan və Gürcüstan arasında diplimatik əlaqələr 1992-ci il 18 noyabrında qurulub. 1995-ci ilin fevralında Gürcüstanın Bakıda, 1996-cı ilin martında isə Azərbaycanın Tbilisidə səfirliyi fəaliyyətə başlayıb


Create Account



Log In Your Account