Oct 31 2019 18:51
Views: 142

Bakı səhərinin UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir. Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə UNESCO-nun qərarını belə qiymətləndirib. Qeyd edib ki, UNESCO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər.

İndi bu şəbəkəyə 246 şəhər daxildir. Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb. Bu da Azərbaycanda yaradıcılıq və dizaynın inkişafına xüsusi imkanlar yaradacaq.

Bu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bu hadisə ilə bağlı hər kəsi təbrik edib. Paylaşımda qeyd olunur ki, "Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!"


Create Account



Log In Your Account