Jul 15 2019 19:38
Views: 624

15 iyul hadisələri göstərdi ki, türk millətinin iradəsinə heç bir qüvvə qarşı çıxa bilməz. Biz birlikdə güclüyük. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəsində 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3-cü il dönümünə həsr olunmuş tədbirdə belə deyib. 15 iyulda Azərbaycan xalqının ürəyi Türkiyə ilə döyündüyünü qeyd edən səfir göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Bildirib ki, u tarix Türkiyənin qəhrəmanlıq tarixidir. 15 iyulda türk xalqı özünün seçdiyi hökuməti, dövləti qorumaq üçün irəli atıldı və xalqın iradəsi qalib gəldi. Azərbaycanın bu hadisəyə ilk rəsmi münasibət bildirən ölkə oldu.
Çıxış edənlər bildirdi ki, Azərbaycan və Türkiyə tarix boyu hər zaman ən ağır zamanlarında bir-birinin yanında oldu və 15 iyul hadisələri bu qardaşlığın növbəti sınağı oldu. 
Ekspertlər hesab edirləri 15 iyul hadisələri hərbi çevriliş cəhdlərinin hər zaman türk dövlətlərinə qarşı yönəldiyini bir daha sübut etdi. Bəzi qüvvələr din amilindən istifadə edərək dövlətə təhdid yaradan qruplaşmalar yaradır.
Tədbirdə qeyd olundu ki,  15 iyul hadisələri  Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik, dostluq və müttəfiqlik münasibətlərinin, qardaşlığının möhkəm təməllər üzərində formalaşdığını sübut etdi. Tədbir çərçivəsində 15 iyul hadisələri ilə bağllı sərgi də təşkil olunub.


Create Account



Log In Your Account