Oct 29 2019 15:49
Views: 224

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə “Böyük imkanlara kiçik addım” adı altında keçirilən 2-ci karyera yarmarkası açılıb. Yarmarkanın əsas məqsədi iş axtaran gəncləri nüfuzlu şirkətlərə tanıtmaq və onlara karyera quruculuğuna dəstək olmaqdır.

Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmadova bildirb ki, yarmarka Azərbaycanın əmək bazarına töhfə verəcək. Onun sözlərinə görə, yarmarka məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ötən il təşkil olunan analoji yarmarka çərçivəsində 150-dən çox məzun nüfuzlu şirkətlərdə işlə təmin olunub.


Create Account



Log In Your Account