Jul 06 2019 17:24
Views: 199

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyir. Maliyyə naziri Samir Şərifov  Birləşmiş Ştatların milli bayramı – müstəqilliyinin elan olunmasının 243-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı belə deyib.  Bildirib ki, ABŞ Azərbaycanın regionda həyata keçirdiyi transmilli enerji layihələrinə həmişə dəstək verib. Nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr hər iki dövlətin maraqları çərçivəsində inkişaf edir.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Li Litzenberger ölkəsinin müstəqillik tarixindən danışıb. Salamlama nitqini Azərbaycan dilində başlayan səfir (C0013-00:12) bildirib ki, Amerika hökuməti hər zaman Azərbaycanı dəstəkləyib.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib. İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar birbaşa investisiya yatırıb, Azərbaycan isə ABŞ-a 8,2 milyard dollar portfel investisiyalar qoyub. ABŞ Azərbaycanın Cənubi Qafqazda ən böyük tərəfdaşı olaraq qalır. Enerji sahəsində olan ekspertlər də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və beynəlxalq təhlükəsizlikdə rolunu və Amerika ilə strateji tərəfdaşlıq münasibətlərinin ikitərəfli əlaqələrin mühüm istiqaməti olduğunu qeyd edirlər.

Rəsmi qəbulda Azərbaycanda yaşayan amerikalılar, millət vəkilləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd olunub ki, iki ölkə arasında beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində birgə fəaliyyət mövcuddur və bunu  davam etdirmək labüddür.


Create Account



Log In Your Account