Mar 11 2019 18:23
Views: 467

Fərqli bijuteriyalar və zinət əşyaları, əl işi olan naxışlı ayaqqabılar, rəngarəng yaylıqlar, milli suvenerlər... Bütün bunlara Bakı İdman Sarayında açılan “Hindistanın ən yaxşıları” sərgisində rast gəlinir. Bura gələn ziyarətçilər özlərini sirli ölkə hesab edilən Hindistana səyahət etmiş kimi hiss edirlər. 

Ölkəmizdə Hindistanın mədəniyyətinə, adət-ənənələrinə böyük maraq olduğundan, sərgiyə gələnlərin sayı da kifayət qədər çoxdur. Kimisi alış-veriş edir, kimisi isə şəkil çəkdirməklə, əllərini xına ilə bəzəməklə məşğuldur. Əsrarəngiz hind musiqisinin sədaları altında sərgini ziyarət edənlərin əksəriyyəti qadınlardır.

Sərgidə ən çox diqqət çəkən Hindistanın milli geyimləridir. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdir.

Sərgini Hindistanın PHD Ticarət və Sənaye Palatası bu ölkənin Bakıdakı səfirliyinin dəstəyi ilə keçirir. Burada yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir. Sərgini ziyarət etmək istəyən hər kəs martın 17-dək yolunu buradan sala bilər.


Create Account



Log In Your Account