Sep 30 2019 19:41
Views: 386

“Əgər insanlar bir məqsəd ətrafında toplaşırlarsa, onların qarşısında heç bir maneə və sərhəd dura bilməz.” 10 təcrübəli ifaçı və rəqs həvəskarı öz timsalında sübut etməyi bacardı. “Arqonavtlar” tamaşası müxtəlif ölkələrdən olan on peşəkar və həvəskar, əlilliyi olan və olmayan ifaçının bir araya gələrək necə vahid orqanizm kimi çıxış etməsini nümayiş etdirir.
“Arqonavtlar” beynəlxalq inklüziv tamaşası “Candoco” və “Lost dog” qrupların birgə hazırladığı əsərdir. Bu peşəkar ifa 2019-cu ilin iyunundan sentyabrınadək sənətkarların Kiyevdə olduqları müddətdə hazırlanıb.
 “Arqonavtlar” tamaşası “Unlimited: məhdudiyyətsiz addımlara doğru” layihəsinin son mərhələsidir. Layihəni British Council Azerbaijan həyata keçirib. Layihə onlarla artistin öz istedadını göstərməsinə imkan yaradıb.
Unikal çıxışları tamaşaçılar böyük maraqla qarşılayıblar. Tamaşaçılar qeyd edir ki, bu cür hadisələr bir daha əmin edir ki, insanın qarşısında öz arzusuna getdiyi yolda mümkün olmayan heç nə yoxdur.
“Arqonavtlar” inklüziv şousu Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutub. Və bu da təsadüfi deyil. Məhz böyük filosof Nəsimi insanların bir olduğunu və heç bir məhdudiyyətin olmadığını öz əsərlərində tərənnüm edirdi.


Create Account



Log In Your Account