Oct 21 2019 18:38
Views: 430

Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələr genişlənir. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çox olub.  Bu  barədə Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes-forumunda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.  Bildirib ki, 8 ay ərzində iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 648 milyon dollar olub ki, bunun da 135 milyon dollarını Azərbaycandan İsveçrəyə ixrac, 513 milyon dollarını isə Azərbaycanın İsveçrədən idxalı təşkil edib.

İsveçrənin Ticarət Palatasının baş direktoru Vinsent Subila bildirib ki, ölkəsinin tibb və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir.  İsveçrə rəsmisi iki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycan Dövlət Neft Şirkətinin xüsusi rol oynadığını da deyib. Qeyd edib ki, SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələri sayəsində vətəndaşları Azərbaycan məhsullarından istifadə edir. Bunun üçün o, şirkətə minnətdarlığını bildirib. Bundan başqa, Vinset Subila əlavə edib ki, “Azərbaycan Hava Yolları” QSC Bakıdan İsveçrənin Cenevrə şəhərinə uçuşlar həyata keçirir. Bu isə ikitərəfli biznes əlaqələrinin inkişafı üçün vacibdir.

İsveçrənin "Hyposwiss Private Bank Geneva SA" şirkəti də Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır. Şirkətin icraçı direktoru Aleksey Strunilin bildirib ki, bank 1899-cu ildə İsveçrədə təsis edilib və Şərqi Avropada və Qafqaz regionunda geniş fəaliyyət göstərir. Məqsəd Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırmaqdır. Ümumilkdə, biznes-forum çərçivəsində logistika, bankçılılq, səhiyyə və infranstruktur sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.


Create Account



Log In Your Account