Sep 27 2019 15:16
Views: 286

Bakıda beynəlxalq qısametrajlı filmlər festivalı keçirilir. Bütün dünyadan kinorejissorluq fakültəsində təhsil alan gənclərin ekran işlər nümayiş olunacaq. Sentyabrın 29-na qədər davam edəcək festival artıq bir ənənə halını alıb. 
2011-ci ildən təşkil olunan bu tədbir ilk dəfə Venesiyada keçirilib. Bu il ilk dəfədir ki, paytaxtımız bu mədəniyyət tədbirinə ev sahibliyi edir. Açılış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari də iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev bu festivalı ölkəmizdə bu sahəyə gənclərin marağının artması baxımından önəmli hadisə adlandırıb.


Create Account



Log In Your Account